Məzmuna keç
  • Brent neft104.56 $▼0.70%
  • WTI neft96.82 $▼0.27%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.903 $▲0.66%
  • Qızıl3 939 $▲0.17%
  • Gümüş49.60 $▲0.01%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin76 811 $▼1.21%
  • Ethereum2 261 $▼1.16%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Simonyan müxalifəti spekulyasiyada ittiham edib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan parlamentinin 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibəni araşdıran istintaq komissiyasının hesabatı açıq şəkildə müzakirə edilə bilməz.

Busaat.az xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan deyib.

“Bütün deputatların hesabatla tanış olmaq imkanı var, lakin onun məxfi məlumatlar ehtiva etməsi səbəbindən plenar iclasın keçirilməsi mümkün deyil. Məxfi məlumatlara çıxışı olan hər bir deputat hesabatla tanış ola bilər”, – o deyib.

Simonyan 44 günlük müharibə haqqında danışan müxalifətçi deputatları istintaq komissiyasının hesabatı ilə tanış olmağa çağırıb. O qeyd edib ki, bu hesabatla müxalifətdən olan yalnız bir neçə deputat tanış olub. “Siz bura gəlib bizi tənqid edir, müsahibələr, suallar verirsiniz, amma hesabatla tanış olmursunuz, indi isə deyirsiniz: gəlin bunu zalda müzakirə edək. Bunu məntiqsizlik hesab edirəm”, – deyə o vurğulayıb.

Spiker hesabatın ictimai müzakirəsinin zəruriliyi barədə müxalifətin söhbətlərini spekulyasiya adlandırıb: “Təkrar edirəm, mən bu mövzuda spekulyasiyaları yersiz hesab edirəm. Parlamentin 107 deputatının hesabatla tanış olmasının vacibliyi reallıqdır. Hesabatın hazır olmasından altı ay keçib. Gedin, tanış olun”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179254