Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.84 $▲1.20%
  • WTI neft85.69 $▲0.80%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.180 $▲3.01%
  • Qızıl3 853 $▼0.64%
  • Gümüş47.23 $▼0.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 789 $▼1.61%
  • S&P 5007 311▼1.47%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Sinan Oğan:“İlham Əliyev mənə zəng etməyib” - Video

image-sinan_ogan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması barədə bəzi yerli mediada yayılan şayiələri təkzib edib.

Busaat.az xəbər verir ki, o bu barədə “TRT Haber”ə müsahibəsində danışıb.

“İlham Əliyev mənə zəng etməyib. Ondan mənimlə bağlı heç bir ismarış gəlməyib. Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. Könül bağı başqa şeydir. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycanın da Türkiyənin daxili işlərinə qarışmadığı məlumdur”, – deyə Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə bağlı Prezident İlham Əliyevin guya ona zəng etməsi barədə iddiaları yalanlayıb.

O, həmçinin neft quyularına sahib olması barədə yayılan iddiaları da təkzib edib: “Seçki kampaniyası üçün istifadə olunan avtobusumun benzini bitdikdə, yanacağın ödənişini yanacaqdoldurma məntəqəsinin sahibi qarşıladı. İcarəyə götürdüyümüz avtobusu yanacaq baxımından istifadə edə bilmirdik. Bu iddialardan əl çəkin”.
Sinan Oğanın sözügedən çıxışını təqdim edirik:

Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110883