Slovakiya – Azərbaycan matçının hakimləri bilindi

image-201806_i22fis37vpbackend

Azərbaycan milli komandasının sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi UEFA Milətlər Liqasının 2-ci tur oyununun hakim təyinatları açıqlanıb.

Koşitse Futbol Arenasında təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damian Silvestrjak olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, sentyabr 8-i keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki