SOCAR Sloveniya şirkətləri ilə enerji əlaqələrini genişləndirmək istəyir

image-1backend
image-ad_qayo_720x110px
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniya şirkətləri ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib.

Busaat.az SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Sloveniyanın “Petrol d.d.” şirkətinin İdarə Heyətinin sədri Saso Berger və “Geoplin d.o.o.” şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşdə aparılıb.

Görüşdə SOCAR ilə “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki