Soçidə siyasi şüara görə həbs

image-24jpg-1751639049backend

Soçidə azərbaycanlı qadın “Ukraynaya şöhrət!” şüarını səsləndirdiyinə görə saxlanılıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, 40 yaşlı Esmira B. Krasnodonskaya küçəsində həbs edilib.

Qadın Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda etirazını bu şəkildə ifadə edib. Esmiranın özünün Rusiya vətəndaşı olduğu, lakin Azərbaycanda doğulduğu və yaşadığı bildirilir.

Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi (faşist simvollarının təbliği və ya açıq nümayişi) ilə protokol tərtib edilib. Esmira 15 sutkaya qədər həbs oluna bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki