Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 245 $▲0.03%
  • Ethereum1 929 $▲0.06%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

ŞOK FAKT: Deputat ölərsə, 103 min manat, şəhidə 11 min manat sığorta pulu verilir

image-deputat-sehid
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son zamanlar Milli Məclisin bəzi üzvləri özlərinin və parlamentdə çalışanların maaşlarının artırılması ilə bağlı təkliflər səsləndirirlər.

Bu günlərdə isə parlamentin iclasında kirayədə qalan deputatlara və onların köməkçilərinə evlərin verilməsini tələb ediblər. Bu təkliflər isə cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət hesab edir ki, deputatların hazırkı əmək haqları onların ehtiyaclarını qarşılamağa yetir.

Öz əməkhaqlarının artırılmasını tələb edən deputatların aylıq vəzifə maaşı “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə əsasən 1732,5 manatdır.

“Milli Məclisi deputatının statusu haqqında” qanunun 30-3-cü maddəsinə (Sığorta məbləği və sığorta haqqı) əsasən hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Yəni deputat vəfat edərsə, ən azı 103 min 920 manat sığorta pulu verilir.

Sığorta üzrə ekspert İlkin İbrahimov Bakıvaxtı.az-a bildirib ki, belə hal hərbçilərə nisbətdə ədalətsizlikdir.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna əsasən Müdafiə Nazirliyinin tabeliyində xidmət edən bütün əsgər və zabitlərə maksimum 11 min manat məbləğində sığorta kompensasiyası verilir. Bu təminat eyni zamanda yüngül, ağır xəsarət hallarında həmin məbləğin daha az faiz nisbəti sığorta kompensasiyası üçün nəzərdə tutulur. Ölkəmizdə məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi sığortası, eyni zamanda FHN, DTX və digər hərbi birləşmələrin sığorta kompensasiyası kifayət qədər yüksəkdir. Yəni onların maksimal sığorta kompensasiyası əmək haqlarının 5 illik məbləği qədərdir.

Bu hal hərbçilərə nisbətdə ədalətsizlikdir. Yəni təsəvvür edin ki, ordu generalı vəfat edirsə, ona cəmi 11 min manat sığorta kompensasiyası ödənilməlidir. Lakin digər qeyd etdiyimiz birləşmələr və Milli Məclisin deputatları üçün sığorta pulu onların əmək haqqlarının 5 illik cəmi müəyyən edilir”, – deyə ekspert bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85881