Məzmuna keç
  • Brent neft104.33 $▼0.92%
  • WTI neft96.74 $▼0.35%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.895 $▲0.38%
  • Qızıl3 938 $▲0.13%
  • Gümüş49.74 $▲0.29%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 709 $▲1.35%
  • Ethereum2 283 $▲1.47%
  • S&P 5007 569▲0.35%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Gündəm

Nazirlər Kabineti mühüm məlumat yaydı

image-1658995032_nazirler-kabineti
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, Fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam qəbul edilmişdir.

Həmin Sərəncamla ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82379