“44 günlük müharibə və pandemiya şəraiti təhsilimizdə müəyyən fasilə yaratsa da, təhsil naziri Emin Əmrullayevin Nazirlər Kabinetinə müraciəti və Operativ Qərargahın “Son zəng” keçirilməsinə icazə verməsi bütün məzunları sevindirib. Mən də fürsətdən istifadə edib “zəfər məzunları”nı ürəkdən təbrik edirəm, onlara uğurlu gələcək arzu edirəm”.
Busaat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.
M. Vəliyevanın sözlərinə görə, “Son zəng” tədbirlərinin mövcud qaydalara uyğun keçirilməsi üçün məktəblərə əvvəlcədən təlimatlar göndərilib: “BŞTİ-nin bütün əməkdaşları məktəblərə nəzarət etmək üçün təhkim olunublar. Bu tədbirlərin qaydalara uyğun keçirilməsinə məktəb rəhbərliyi cavabdehdir. Eyni zamanda, yerli polis orqanları və “Məktəblinin dostu” da tədbirlərə riayət olunmasına dəstəkdirlər”.