“Sonuncu dəfə metrodan 90-cı illərdə istifadə etmişəm” – Metronun Müşahidə Şurasının üzvü

image-1687515477_metro1-768x403backend

Bu gün “Bakı Metropoliteni” QSC-də “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” mövzusunda panel konfransı keçirilir.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Bakı metrosunun Müşahidə Şurasının üzvü Samir Məmmədov bildirib ki, sonuncu dəfə metrodan 90-cı illərdə istifadə edib.

“İlk dəfə məktəb illərində metrodan istifadə etmişəm. Hazırda Müşahidə Şurası olaraq qərar vermişik ki, metro ilə səfərlərimiz olsun və müştəri məmnuniyyətini yoxlayaq”, – deyə nazir müavini qeyd edib.

Konfransda iştirak edən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov isə deyib ki, metrodan sonuncu dəfə 1993-1996-cı illərdə – tələbəlik illərində istifadə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki