Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.96 $▲6.81%
  • WTI neft91.76 $▲5.89%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.980 $▲1.64%
  • Qızıl4 052 $▼2.36%
  • Gümüş51.46 $▼3.08%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.25 ¢▼0.75%
  • Bitcoin75 661 $▼0.40%
  • Ethereum2 230 $▼0.23%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Sosial

Sosial müavinətlər və veteran pulları da artacaq? - MÜHÜM AÇIQLAMA

image-1687068818-pensiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pensiyalarda 9,2 faizlik artım təsdiqləndi. İndi isə diqqətlər sosial müavinətlərə və veteranlara ödənilən yardımların taleyinə yönəlib. Maraqlıdır, veteran müavinətlərində artım gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı artıq rəsmi qərar mövcuddur və pensiyalar müvafiq qaydada artırılacaq.

Onun sözlərinə görə, indeksləşmə yalnız pensiya və əməkhaqqı kimi daimi ödənişlərə tətbiq olunur:

“Əmək pensiyaları indeksləşmədən sonra həmin faiz qədər artırılacaq. Bu barədə qərar var. Lakin sosial müavinətlər, o cümlədən veteran müavinətləri pensiya hesab olunmadığı üçün indeksləşməyə tabe deyil. Çünki bunlar sosial yardım xarakteri daşıyır”.

V.Oruc qeyd edib ki, indeksləşmə anlayışı inflyasiya səviyyəsi, istehlak səbətindəki dəyişikliklər və orta əməkhaqqının əvvəlki illə müqayisədə artımı kimi göstəricilərə əsaslanır:

“İndeksləşmə yalnız daimi ödənişləri əhatə edir. Hər hansı sosial yardımdan söhbət gedirsə, o, indeksləşmir. Sadəcə olaraq, sosial yardımın məbləği ayrıca qərarla artırıla bilər”.

Ekspert əlavə edib ki, Azərbaycan sosial dövlət olduğu üçün indeksləşmədən sonra sosial müavinətlər və veteranlar üçün müəyyən olunmuş ödənişlərin artırılması məqsədəuyğun olardı:

“İndeksləşmənin sosial müavinətlərə aidiyyəti yoxdur. Amma dövlət tərəfindən bu müavinətlərin artırılması istiqamətində ayrıca qərarların qəbul edilməsi arzuolunandır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180202