Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.04 $▼1.12%
  • WTI neft82.47 $▼0.63%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.647 $▲12.88%
  • Qızıl3 529 $▼0.13%
  • Gümüş40.95 $▼1.00%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.50 ¢▲0.04%
  • Bitcoin58 936 $▼4.81%
  • Ethereum1 625 $▼7.46%
  • S&P 5007 010▼2.34%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

Sosial şəbəkələrin dünənki vəziyyətinə görə dünya bu qədər itirdi

image-vats
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İqtisadçı deputat Vüqar Bayramov ötən gün sosial şəbəkələrin çökməsi nəticəsində qlobal iqtisadiyyata dəyən ziyandan yazıb. 

Busaat.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu hadisə qlobal iqtisadiyyata da ciddi təsir edib: “”NetBlocks” şirkətinin hesablamalarına görə, feysbuk, instaqram, tvitter, vatsap və feysbuk messencerin çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.

Şirkətin Dünya Bankı, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə feysbukun 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.
Qeyd edək ki, “NetBlocks” şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan feysbuk şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59223