Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.77 $▲1.12%
  • WTI neft85.18 $▲0.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.184 $▲3.14%
  • Qızıl3 802 $▼1.95%
  • Gümüş45.92 $▼3.31%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▲1.08%
  • Bitcoin64 421 $▼0.70%
  • Ethereum1 808 $▼0.83%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

“Söyüdlüdə istismarın müvəqqəti dayandırılması təklif edilib, razılıq əldə olunub”

image-muxtar_babayev-azeuro-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, Komissiya üzvlərinin bu və digər məsələlərlə bağlı tədbirləri Baş nazirlə müzakirə olunub. Sabah isə Komissiyanın iclası olacaq. Bu sahədə görülən işlər barədə daha detallı məlumatlar açıqlanacaq.

M. Babayevin sözlərinə görə, Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

Nazir bildirib ki, mövcud tullantı anbarının istismarı 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib: “Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bununla bağlı Nazirlər Kabinetinə təklif veriləcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114969