Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.30 $▼0.18%
  • WTI neft84.53 $▼0.25%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.185 $▲0.73%
  • Qızıl3 781 $▼0.16%
  • Gümüş45.98 $▲0.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 635 $▼0.37%
  • Ethereum1 811 $▼0.64%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Gündəm

Söyüdlüdəki aksiyanın təşkilatçılarından biri həbs olundu

image-hebs2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gədəbəy rayonunun Söyüdlü kəndində aksiyanın təşkilatçılarından biri həbs olunub.

Busaat.az APA-ya istinadən xəbər verir ki, Söyüdlü sakinlərindən təşkil olunmuş 405 nəfərdən ibarət qrupu yaradan şəxs, aksiyanın təşkilatçılarından biri Cabbarov Etibar Məstan oğlu Rusiyadan gəlib və o, saxlanılıb.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.

İyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb. Görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=113871