
SpaceX Beynəlxalq Kosmik Stansiyaya 4 nəfərlik ekipaj göndərdi
SpaceX, ABŞ Aerokosmik Agentliyinin (NASA) Crew-6 missiyası üçün Beynəlxalq Kosmik Stansiyaya 4 nəfərlik ekipaj daşıyan raket göndərib.
Busaat.az xəbər verir ki, buraxılış NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Falcon 9 raketi ilə həyata keçirilib.
Yerli vaxtla saat 00:34-də baş tutan əməliyyat zamanı səma işıqlandırılıb.
Liftoff! Dragon takes flight!#Crew6 launched at 12:34am ET (0534 UTC) March 2, lighting up the skies as the crew heads to orbit in the @SpaceX Dragon Endeavour spacecraft. pic.twitter.com/lEgqJmRu76
— NASA (@NASA) March 2, 2023
Qeyd edək ki, ekipajın göndərilməsi daha əvvəl texniki nasazlıq səbəbindən ləğv edilmişdi.
Ekipajda bir rus kosmonavt və Birləşmiş Ərəb Əmirliklərindən olan bir astronavt var.
Busaat.az























