Stoltenberq: Putin bu müharibəni bitirə bilər

image-stoltenberqbackend

Müharibə Putinin seçimi idi, o başlatdı, o bitirə bilər.

Busaat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq müxtəlif görüşlər keçirmək üçün gəldiyi İstanbulda gündəmlə bağlı sualları cavablandırıb.

Stoltenberq Rusiyanın nüvə müharibəsində qalibin olmayacağını anlamasını və Ukraynanın özünü müdafiə etmək hüququna malik olduğunu bildirərək, əlavə edib: “Biz başa düşməliyik ki, bu müharibəni Putin başlatdı. Bu, onun seçimi idi. O, istəsə sabah bu döyüşü bitirə bilər”.

Stoltenberq deyib: “Bu, hücum müharibəsidir. Rusiya, Putin başqa ölkəni işğal edir. Təbii ki, Ukraynanın Rusiyanın ələ keçirdiyi torpaqları geri almaq üçün özünü müdafiə etmək hüququ var. Biz başa düşməliyik ki, Putin bu müharibəni başlatdı. Bu onun seçimi idi və istəsə sabah bu müharibəni bitirə bilər. Əlbəttə ki, bu müharibənin müəyyən mərhələdə danışıqlar masası arxasında bitəcəyinə inanıram, lakin biz onu da bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nə əldə edə biləcəyi mütləq onun döyüş meydanındakı gücündən asılıdır”.

Finlandiya və İsveçin NATO-ya namizədliyinə də toxunan Stoltenberq, bildirib: “Biz gördük ki, Finlandiya və İsveç terrorla mübarizə ilə bağlı gücləndirici qanunlar tətbiq edib və Türkiyəyə silah ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Biz Türkiyə, Finlandiya və İsveçin terrorla mübarizə və bir çox başqa mövzularda görüşdüyü və birgə işlədiyi daimi mexanizm, struktur yaratdıq. Ona görə də hesab edirəm ki, iyun ayında imzaladığımız Qoşulma Protokolunu ratifikasiya etməyin və üzvlük prosesini başa çatdırmağın vaxtı çatıb”.

NATO-nun Baş katibi Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı suala belə cavab verib: “Hər hansı bir nüvə silahından istifadə ehtimalı hələ də aşağıdır, lakin eyni zamanda nəticələri böyük və dağıdıcı olacaqdır. Ona görə də riskə ciddi yanaşmalıyıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki