“Ştutqart”ın və Yaponiya millisinin yarımmüdafiəçisi Endo “Liverpul”a keçəcək

image-vataru-endobackend

“Liverpul” “Ştutqart”ın yaponiyalı yarımmüdafiəçisi Vataru Endo ilə müqavilə imzalayıb və tezliklə onun transferini tamamlayacaq.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün “Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına görə, İngiltərə klubu 30 yaşlı futbolçunun transferi üçün təxminən 18 milyon avro ödəyəcək. Müqavilənin şəxsi şərtləri də razılaşdırılıb. Komandanın kapitanı olan Endo “Ştutqart”dan onu buraxmasını istəyib və alman klubu da bununla razılaşıb. Bu, futbolçunun transfer danışıqlarını xeyli sürətləndirdi. Cümə axşamı yaponiyalı yarımmüdafiəçi tibbi müayinədən keçəcək və bundan sonra transfer rəsmən açıqlanacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Endo “Ştutqart”ın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, bu oyunda altı qol və dörd məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki