Məzmuna keç
  • Brent neft104.35 $▼0.90%
  • WTI neft96.69 $▼0.40%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.904 $▲0.69%
  • Qızıl3 931 $▼0.06%
  • Gümüş49.68 $▲0.16%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 817 $▲1.49%
  • Ethereum2 290 $▲1.81%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

“Sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana göndərdik və imzalamağa hazırıq” – Paşinyan

image-pasinyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etmək cəhdlərini davam etdirir. Ancaq bu cəhdlər boş və əsassızdır”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında deyib.

“Bundan əlavə, deməliyəm ki, Ermənistan sülh müqaviləsi ətrafında öz təkliflərini Azərbaycana təqdim edib və biz bu məzmunla onu imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da cavabı müsbət olacaq” – deyə, Ermənistanın baş naziri qeyd edib.

“Bir neçə ay əvvəl Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın gələcək işi ilə bağlı Ermənistan tərəfi Bakıya öz təkliflərini təqdim edib, lakin hələlik cavab almamışıq. Ermənistan regional kommunikasiyaların bərpası ilə bağlı təkliflərini Azərbaycana çatdırıb və məsələnin dərhal həlli üçün bu yolla getməyə hazırdır. Yerevan sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərini bir neçə ay əvvəl Bakıya təqdim etsə də, hələ ki, cavab almamışıq. Bu təkliflərə Ermənistanın işğal olunmuş əraziləri probleminin həlli də daxildir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır – Azərbaycan Ermənistanın suveren ərazilərinin işğalını dayandırmalı və qoşunları Ermənistanın suveren ərazisindən çıxarılmalıdır” – deyə, Paşinyan təxribata yol verib.

O, həmçinin vurğulayıb ki, bütün çətinliklərə və məşəqqətlərə baxmayaraq, Ermənistan hakimiyyəti hərtərəfli həll yollarına nail olmaq, sülh və sabitliyi təmin etmək üçün səylərini davam etdirir: “Biz bu missiyanın mürəkkəbliyindən nə qədər xəbərdar olsaq da, münasibətimiz və qətiyyətimiz dəyişmir”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94870