Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 957 $▼1.86%
  • Ethereum1 896 $▼1.64%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Sülh müqaviləsindən əvvəl genişmiqyaslı döyüşlər olacaq – İDDİA

image-1664953975_862f836f-ab83-4421-bc49-fcb659da1251
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dünən Ermənistan Silahlı Qüvvələri Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub. Əslində təxribatların baş verəcəyi gözlənilən idi. Məlum olduğu kimi, bu günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş baş tutub. Adətən tərəflər arasında görüşlərdən sonra bu cür provokasiyalar olur”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib

Onun sözlərinə görə, görüşdən əvvəl İrəvan tərəfinin Azərbaycan hərbçilərinin guya erməni əsgərləri güllələməsinə dair yaydığı saxta kadrlar artıq qarşı tərəfin dekonstruktiv mövqeyinə işarə idi:

“Görüşdən sonra Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar da göstərdi ki, qarşı tərəf dağıdıcı mövqeyində israrlıdır. Görünür, İrəvanın arxayın olduğu qüvvələr, və ya üçüncü tərəflər Ermənistanı sülh masası arxasına oturmamağa, vaxtı uzatmağa məcbur edirlər. Fikrimcə, ikinci variant daha realdır. Ehtimal etmək olar, baş diplomatların sonuncu görüşü gərgin keçib, tərəflər arasında fundamental razılıq əldə olunmayıb. Bununla belə, gərginliyin davam etməsi, sözsüz ki, ən çox İrəvanın özünə ziyandır”.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla onsuz da sülh müqaviləsi imzalayacaq:

“Sadəcə geci-tezi var. İrəvanın sabotaj cəhdləri isə əslində Ermənistanın özünü çətin duruma salır. Azərbaycan ordusu həmişə olduğu kimi bu dəfə də düşmənə adekvat cavab verə bilər. Bu cavab tədbirləri isə İrəvanı sülhə məcbur edəcək. Fikrimcə, o qədər də uzaq olmayan bir vaxtda sülh sazişi imzalanacaq. Amma ondan əvvəl genişmiqyaslı döyüşlər olacaq. Qarşı tərəf sülhə məcbur ediləcək, onu təxribata sövq edənlər reallıqla barışacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87023