Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.39 $▼0.47%
  • WTI neft88.45 $▼0.12%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.166 $▼1.98%
  • Qızıl3 875 $▼0.30%
  • Gümüş47.43 $▼3.44%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.00 ¢▼0.88%
  • Bitcoin64 967 $▼0.53%
  • Ethereum1 824 $▼0.58%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Siyasət

“Sülh müqaviləsindən sonra Bakıda yaşamaq üçün müraciət edəcəyəm” - Erməni deputat

image-resize-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Vilen Qabrielyanın ötəngünkü çıxışı sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.

Busaat.az “Hraparak”a istinadla xəbər verir ki, 1983-cü ildə Bakıda anadan olan deputat dünən Ermənistan Milli Məclisində “Bakıda erməni tarixi-mədəni izləri” adlı sərginin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

O, vurğulayıb ki, təhlükəsizlik şərtləri Azərbaycan hakimiyyəti tərəfindən təmin edilərsə, sülh müqaviləsinin imzalanandan sonra Bakıda yaşamaq üçün müraciət edə bilər:

“Azərbaycan dəqiq təminat verməlidir ki, 100 min erməni doğulduğu yerə, Azərbaycan Respublikasına gedib yaşasın. Ermənistan da, şübhəsiz ki, istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir”.

Jurnalistin bu məsələ ilə bağlı həlak olanların yaxınlarının fikrinin nəzərə alınması haqqında olan suala isə V. Qabrielyan belə cavab verib:

“Dünya yeni yaranmayıb, çoxlu dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb, sonra yenidən müharibəyə başlayıb və s. Əlbəttə ki, müharibə faciəvi bir vəziyyətdir, lakin buna baxmayaraq, bütün bunlardan sonra belə icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar”.

Hakim partiyadan olan deputat hesab edir ki, qaçqınların geri qayıtması məsələsi hər iki tərəfdən müzakirə olunmalıdır.Yenisabah.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129309