
Sülh sazişi yaxın günlərdə imzalana bilər - Prezident AÇIQLADI - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə imzalanacağı gözlənilən sülh sazişi ilə bağlı yeni tvit yazıb.
Busaat.az xəbər verir ki, dövlət başçısı sülh sazişinin 90 faizinin razılaşdırıldığını və yaxın günlərdə imzalana biləcəyini bildirib.
Prezidentin məsələ ilə bağlı çıxışını təqdim edirik:
Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər. pic.twitter.com/7naa2XJOxL
— İlham Əliyev (@azpresident) July 27, 2021






















