Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının digər 18 ədəd “İl-76” təyyarəsi və iki ədəd “An-124 Ruslan” təyyarəsi İrəvan şəhərinin aerodromlarına eniş edib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib. Qeyd olunub ki, 15-ci sülhməramlı briqadanın avadanlıqları və şəxsi heyəti Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyada iştirak etmək üçün köçürülür.
Rus hərbçilər artıq material, silah və hərbi texnikanı aerodromlara boşaldıblar.
Rusiya müdafiə idarəsinin məlumatına görə, 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ermənistana 33 ədəd texnika, təmir və bərpa maşınları, maddi-texniki dəstək avadanlığı çatdırıb. Bildirilib ki, 10 noyabrdan etibarən ümumilikdə 226 reys həyata keçirilib.