Sumqayıtda binanın zirzəmisində çürümüş kişi meyiti taplıb.
Busaat.az xəbər verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. Ərazidə yerləşən binalardan birinin zirzəmisində 45-50 yaşlarında olan kişinin meyiti aşkarlanıb.
Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.