Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 323 $▼1.32%
  • Ethereum1 903 $▼1.25%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Sürücülərin nəzərinə! Aeroporta giriş qaydaları dəyişdi

image-1666175905_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı hava limanına avtomobillərin girişinə görə ödəniş edilməsi qaydası dəyişib.

Artıq hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb edilməyəcək. Avtomobil hava limanı ərazisində 15 dəqiqədən artıq qaldığı halda, ödəniş hesablanacaq.

Qeyd edək ki, indiyədək olan qaydalara əsasən hava limanına istənidən müddətdə giriş üçün ödəniş tələb olunurdu. Bu da avtomobil sahiblərinin narazılığına səbəb olurdu, çünki dünyanın heç bir yerində sadəcə hava limanı ərazisinə daxil olmaq üçün (parkinqdən istifadə etməməklə) ödəniş tutulmur. Bu mənada yeni qaydadan xüsusilə taksi xidməti göstərən avtomobillər faydalana biləcək.

Paralel olaraq hava limanı ərazisində parkinq üçün yeni qiymətlər də açıqlanıb. Bu qiymətlərə əsasən ödəniş 0-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün isə 5 manat nəzərdə tutulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88042