Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artist Abbas Bağırov və müğənni Xəyyam Nisanov yeni layihədə bir araya gəliblər.
Busaat.az xəbər verir ki, onlar rus dilində ifa etdikləri “Шуша Возвращается Домой” (Şuşa evinə qayıdır) adlı mahnıya çəkdirdikləri klipi təqdim ediblər.
Bəstənin söz və musiqisi Seymur Aslanova, klipin rejissorluğu isə Cəlal Kəngərliyə məxsusdur.
Mahnının rus dilində səsləndirilməsinə Tünzalə Ağayeva sosial şəbəkədə belə aydınlıq gətirib: “Şuşa haqqında mahnının məhz rus dilində oxunmasının məqsədi ölkəmizdən kənarda, dünyadakı böyük rusdilli auditoriyaya Şuşamızın, Qarabağımızın gözəlliyini çatdırmaqdır”.
Zülfiyyə Xanbabayeva isə instaqram hesabındakı paylaşımına “Şuşanın qayıdışının xalqımız üçün nə qədər müqəddəs, vacib, haqq işi olduğunu təsvir edir və səsimizi çoxmilyonlu qonşu xalqlara çatdıracaq”,- sözlərini yazıb.
Qeyd edək ki, ekran işi Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə lentə alınıb.
https://youtu.be/C4Fzo8PDH9g