
Süveyş kanalında 2 tanker toqquşub
Süveyş kanalında Sinqapur bayraqlı “BW Lesmes” və Kayman adaları bayraqlı “Burri” adlı iki tanker toqquşub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, qəza gəminin hərəkətinə təsir göstərməyib.
Toqquşmadan sonra gəmilərin hərəkətə keçdiyi və “BW Lesmes” adlı gəminin kanalın lövbər sahəsinə aparılacağı bildirilib.
Qeyd edək ki, dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, 2021-ci ildə konteyner gəmisi “Ever Given” kanalda ilişib və dəniz nəqliyyatı 6 gün müddətinə dayandırılıb.




















