Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 346 $▼7.15%
  • Ethereum1 743 $▼9.59%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Taksi sürücüsündən əxlaqsız təklif alan qadın danışdı: "Başıma oyun açardı" - VİDEO

image-63c818d447532202301230540
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün “Uber” taksi xidmətindən istifadə edən xanım sərnişinlərdən biri əxlaqsızlığa məruz qalıb.

Busaat.az Baku.ws-ə istinadla xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra 1972-ci il təvəllüdlü taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Onun barəsində əmələ görə inzibati icra işi aparılıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, sosial mediada geniş müzakirə obyektinə çevrilən hadisə ilə bağlı xanım sərnişini qınayanlar da olub. Onun taksi sürücüsü ilə mülayim danışması birmənalı qarşılanmayıb.

Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım onu qınayanlara cavab verib: “Siz mənim yerimdə olsaydınız, o maşında tək idim və axşam vaxtı maşında qapılar kilidli idi. Mən onunla aqressiv danışsaydım maşını başqa yerə sürüb başıma oyun açardı.

Nə qədər düşüncəsiz zəif insanlarsınız ki, buna nə ad qoyursunuz. Rəvac verən insan heç vaxt video çəkiliş edib ictimailəşdirməz.Az da olsa bir-birimizə düşmən olmayaq. Unutmayın ki, bu hadisə bütün insanların, hətta sizin xanımlarınızın da başına gələ bilər”.

Taksidə baş verən əxlaqsız durumla bağlı “Uber” şirkəti də reaksiya verib: “Yaranmış hadisə barəsində xəbərdarıq və müştəri ilə bu barədə danışıqlar aparılıb. Sürücünün bu cür hərəkəti qəbuledilməzdir və servis bu barədə lazım olan tədbir görüb”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97521