Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.
O, video müraciət edərək dövlət qurumlarından yardım istəyib.
Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib:
“May ayından məni axtarışa veriblər”.
İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.
Həmin görüntüləri təqdim edirik: