Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.14 $▼6.30%
  • WTI neft86.20 $▼5.60%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.206 $▲6.05%
  • Qızıl4 149 $▲0.38%
  • Gümüş53.52 $▲0.75%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin75 149 $▲0.57%
  • Ethereum2 131 $▲0.29%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu - FOTOLAR

image-1706805484_photo_5323501978325734755_x-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

anınmış bloqqer Məryəm Novruzi sosial şəbəkə hesabında atası məşhur iş adamı Fərid Novruzi ilə söhbətini əks etdirən növbəti video paylaşıb.

Busaat.az Editor.az-a istinadən xəbər verir ki, videoda diqqət çəkən bir məqam sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bloqqerin paylaşdığı videoda onun atası Fərid Novruzinin sükan arxasında yol hərəkəti qaydalarını dəfələrlə pozması faktı qeydə alınıb.

Videoda görünür ki, “Novco” şirkətlər qrupunun rəhbəri və Azərbaycan Çimərlik Futbol Federasiyasının sədri Fərid Novruzi avtomobil idarə edərkən diqqətini qızı ilə söhbətə yönəldir, telefonla məşğul olur və bəzi hallarda hər iki əlini sükandan çəkir.

Şübhəsiz ki, bu hərəkətlər həm onun və ailə üzvlərinin, həm də digər yol iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaradır.

Ekspertlər bildirir ki, hərəkətdə olarkən telefondan istifadə etmək, diqqəti yayındırmaq və ya sükandan əl çəkmək qəzaya səbəb ola biləcək əsas amillərdəndir.

Bundan başqa Fərid Novruzinin sükan arxasında diqqətini yayındırması, telefonla məşğul olması və əllərini sükandan çəkməsi həm “Yol hərəkəti təhlükəsizliyi haqqında” qanunun müvafiq tələblərinin, həm də inzibati xətalar üzrə qaydaların pozulması deməkdir.

Sosial şəbəkə istifadəçiləri əyləncə videoları fonunda nüfuzlu şəxslər tərəfindən belə davranışların nümayiş etdirilməsinin gənclər üçün pis örnək olduğunu qeyd edirlər.

Hazırki vəziyyət yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyini bir daha gündəmə gətirir və tanınmış şəxsləri nümunəvi davranış sərgiləməyə çağırır.

Mətbuatda yayılan və təkzib edilməyən məlumata görə, Fərid Novruzinin qardaşı Elsel Novruzi Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin kürəkənidir. Elsel Novruzi də “Novco” Şirkətlər Qrupuna ortaqdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179062