Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 544 $▲2.24%
  • Ethereum1 835 $▲3.79%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Tariyel Qurbanovu şantaj edənlərə hökm oxundu

image-mehkeme-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan şəxslər – Ümman Əliyev və tanışlarının məhkəməsi yekunlaşıb.

Busaat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov və Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev, Sahilə Məmmədova 4 il 9 ay həbs cəzası alıb. S.Məmmədovanın himayəsində azyaşlı övladı olduğuna görə onun cəzası uşaq 14 yaşına çatana qədər təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Daha bir təqsirləndirilən Pərvin Yusifov isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Xatırladaq ki, istintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanova zəng edərək hədələyib, şantaj yolu ilə pul verməsini tələb ediblər. Onların Qurbanovdan şantaj yolu ilə 63 min manatdan çox pul aldığı bildirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102640