Tbilisidə nümayişçilər parlament binası qarşısında Avropa İttifaqının bayrağını yandırdılar

image-16400585912595698580backend

Gürcüstanın paytaxtı Tbilisidə toplaşan bir qrup nümayişçi parlament binası qarşısında asılmış Avropa İttifaqının (Aİ) bayrağını yandırıb.

Busaat.az xəbər verir ki, bir qrup fəal günorta saatlarında Tbilisinin Şota Rustaveli küçəsində parlament binası qarşısına toplaşaraq, ötən həftə keçirilən “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı etirazlara reaksiya verib.

Gürcüstan parlamentinin martın 7-də təsdiq etdiyi, lakin nümayişlər səbəbindən martın 10-da geri çağırılan qanun layihəsinə qarşı çıxanlara etiraz edən nümayişçilər layihənin referenduma çıxarılmasını tələb ediblər.

Keçən həftə Gürcüstanda “Xarici agent haqqında” qanuna qarşı olanların dövlətə qarşı təxribat törətməyə cəhd etdiyini iddia edən nümayişçilər bu şəxslərə qarşı qanuni tədbirlərin görülməsinin vacibliyini irəli sürüblər.

Binanın qarşısında asılmış Aİ bayrağını endirərək yandıran nümayişçilər 5 iyun 2021-ci ildə Tbilisidəki LGBT ofisinə basqın edən və jurnalistlərə qarşı zorakılıq törətdiklərinə görə həbs olunanların azad edilməsini tələb ediblər.

Gürcüstan mətbuatında yer alan xəbərlərdə Aİ bayrağını yandıran qrupun “Mühafizəkarlar Hərəkatı”nın üzvləri olduğu iddia edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90