La Liqanın prezidenti Xavyer Tebas “PSJ”nin hücumçusu Kilian Mbappenin gələn mövsüm İspaniya çempionatına getməsi ehtimalından danışıb.
Busaat.az xəbər verir ki, bu barədə Marca məlumat yayıb.
“Mbappenin İspaniya çempionatına gedəcəyinə əmin deyiləm. Amma bu, onun taleyidir. Ümid edirəm ki, gələn mövsüm onun transfer ehtimalı 70-80% yüksək olacaq. Bura böyük oyunçular gəlib”, – Tebas bildirib.
Xatırladaq ki, daha əvvəl fransalı hücumçunun yay transfer pəncərəsində “Real”a keçməyə yaxın olduğu deyilirdi.
Qeyd edək ki, Mbappe 2018-ci ildən “PSJ”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə altı oyunda iştirak edib və səkkiz qol vurub.