Təbrizin sevinci: “Traktor” İran çempionluğunu qazandı

image-img_4232backend

Təbrizin “Traktor” futbol klubu ilkə imza atıb.

Busaat.az xəbər verir ki, komanda ilk dəfə İranın ən yüksək divizionunda çempionluğunu rəsmiləşdirib.

Sona 2 tur qalmış Təbriz təmsilçisi ən yaxın izləyicisi “Sepahan”ı 8 xal qabaqlayıb (64/56). Bu, “Traktor”un 28-ci turda səfərdə Qəzvinin “Şəms Azar” klubunu 0:4 hesabı ilə darmadağın etməsi, “Sepahan”ın isə ev matçında “Qol Qohar”a məğlubiyyəti (1:2) sayəsində mümkün olub.

Qeyd edək ki, ötən il İran çempionu adını “Persopolis” qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki