Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 511 $▼1.04%
  • Ethereum1 906 $▼1.13%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Telefonununda VPN olanlara XƏBƏRDARLIQ

image-1614743887_free-vpn-apps-leaked-personal-data
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

VPN (Virtual Şəxsi Şəbəkə) müxtəlif şəbəkələrə qoşulmağa imkan verən internet texnologiyasıdır. İstifadəçinin internetdə IP ünvanını gizlətmək və ya internetdə girişi bloklayan proqramlardan yan keçmək üçün hazırlanmışdır.

Həm stolüstü kompüterlər, həm smartfonlar, həm də planşetlərə, “Chrome”, “Firefox” və s. internet brauzerlərinə əlavələr kimi quraşdırıla bilən VPN tətbiqləri var.

Bəs, “VPN” yükləmək məsləhətdirmi?

Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas Trend-ə bildirib ki, son zamanlar ölkəmizdə “TikTok” sosial şəbəkəsinin bağlanması səbəbindən VPN-lərə tələbat artıb.

Onun sözlərinə görə, əgər ölkəmizdə sosial şəbəkə və ya hansısa tətbiq bloklanırsa, bu, informasiya təhlükəsizliyini təmin etmək üçün atılan addımdır.

“Pulsuz VPN-lər vətəndaşların şəxsi məlumatlarının oğurlanmasına zəmin yaradır. İlk olaraq onu qeyd edim ki, VPN yükləmək məsləhət deyil. Pulsuz VPN yükləmək çox təhlükəlidir.

Belə ki, VPN-lərdən istifadə etdikdə hakkerlər vətəndaşın şəxsi məlumatlarını, sosial şəbəkə parollarını, bank kartlarını rahatlıqla öyrənə bilərlər. Sadəcə, insanlar elə düşünürlər ki, bu VPN-lər sadə bir tətbiqdir.

Lakin müəyyən müddət keçdikdən sonra məlum olur ki, bəzi VPN-lər insanların şəxsi məlumatlarını götürür. Yüklənən VPN-lər siyahısında ermənilərin də sahib olduğu tətbiqlər var.

Bu da çox təhlükəlidir. Kimsə VPN yükləyirsə, mütləq həmin tətbiqin hansı ölkəyə aid olduğunu və hansı ölkənin serverinə qoşulduğunu araşdırmalıdır”, – o qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86036