Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 942 $▼3.34%
  • Ethereum1 852 $▼3.92%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

“Təlimin əsas məqsədlərindən biri İranın təxribatlarına cavab vermək olub”

image-mycollages_-_2022-12-09t120306-379
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Türkiyə və Azərbaycanın birgə hərbi təlimi İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab kimi qiymətləndirilməlidir”.

Busaat.az “Report”a istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin “Dik gazetesi”nin Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” təlimi ilə bağlı məqaləsində əksini tapıb.

“Tehranın təhrikinə qarşı Ankara-Bakı əməkdaşlığı və hərbi təlim” adlı yazıda qeyd olunub ki, birgə təlimin əsas məqsədlərindən biri İranın təxribatlarına cavab vermək olub.

Məqalədə İranın Ermənistanla əlaqələri, rəsmi Tehranın Bakı və Ankaraya qarşı provokativ addımlarının səbəbləri geniş təhlil olunub. Vurğulanıb ki, Tehran rejimi başda Azərbaycan və Türkiyə olmaqla qonşularına qarşı ermənilərdən, ASALA, PKK və başqa terrorçulardan tez-tez istifadə edib.

“Məşhur ASALA terrorçusu Monte Melkonyanın İran kəşfiyyatı ilə əlaqələri və 1993-cü ildə Qubadlının işğalından əvvəl baş tutmuş müzakirələri bunun sübutudur”, – yazıda bildirilib.

Qeyd olunub ki, Ermənistanla İran Birinci Qarabağ müharibəsi dövründə də əməkdaşlıq ediblər və bu əməkdaşlıq Azərbaycana qarşı yölənib: “1992-ci il mayın 8-də İranın vasitəçiliyi ilə danışıqlar aparıldığı zaman Azərbaycanın Şuşanı itirməsi də danılmaz həqiqətdir. İranın oxşar addımları İkinci Qarabağ müharibəsi vaxtında da davam edib. Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab olaraq qiymətləndirilməlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93465