Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.39 $▼0.47%
  • WTI neft88.45 $▼0.12%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.166 $▼1.98%
  • Qızıl3 875 $▼0.30%
  • Gümüş47.43 $▼3.44%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.00 ¢▼0.88%
  • Bitcoin64 967 $▼0.53%
  • Ethereum1 824 $▼0.58%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Kriminal

“Tərtər işi” ilə bağlı ittiham olunanlara hökm oxundu

image-6566de4cd83bb6566de4cd83bc1701240396cba219cc6871bb16e79eff2c40e43f43
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Busaat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay və Ramil Qarayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.APA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129317