“Tərtər işi”nin ömürlük məhbusunun ailəsindən 20 min aldı

image-terterrbackend

“Tərtər işi” ilə əlaqədar ömürlük həbsə məhkum edilən keçmiş hərbçi Elşən Qasımovun ailəsi dələduzluqla üzləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zaur Seyidov adlı şəxs ömürlük məhbusun anası Ofeliya Qasımovanı aldadaraq 20 min manat pul alıb. O, ömürlük məhbusun anasına oğlunun cəzasını yüngülləşdirəcəyini və 5-10 il sonra azadlığa buraxdıracağını söz verib.

Araşdırmalar zamanı məlum olub ki, Ofeliya Qasımova yaxın qohumu vasitəsilə oğlunun cəzasını yüngülləşdirmək üçün adam axtarıb. Həmin şəxs Zaurun ədliyyə sistemində yüksək vəzifədə çalışan tanışlarının olduğunu bildirib və onları görüşdürüb. Daha sonra Zaur Elşən Qasımovun ailəsinə işin həlli üçün 40 min manatın lazım olduğunu bildirib. O, ilkin mərhələdə 20 min manat alıb. Lakin verdiyi vədə əməl etməyib. Bunu görən O.Qasımova və yaxınları Zaura növbəti 20 min manatı verməkdən imtina edib və ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi açılan Zaurun işi daha sonra Samux Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs vurduğu ziyanın böyük hissəsini ödədiyini bildirib.

Samux Rayon Məhkəməsinin hökmü ilə Naxçıvan MR Culfa rayon sakini olan 1980-ci il təvəllüdlü Zaur Seyidova 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb və müəyyən edilmiş saatlarda yaşadığı yeri tərk etməmək və sair kimi öhdəliklər təyin edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki