Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Mədəniyyət

“Terzi” serialından “Füzuli kantatası” sildirildi  - VİDEO

image-1684954640_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Terzi” serialında mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası”nın icazəsiz istifadə olunduğu üzə çıxıb.

Olay.Az-ın məlumatına görə, musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib.

Bununla bağlı “Mikpro” şirkəti hərəkətə keçib. Rəqəmsal yayım şirkətindən verilən açıqlamada “Netflix Türkiye”nin “YouTube” səhifəsindən əsərin sildirildiyi söylənilib:

“Füzuli Kantatası” “Netflix” platformasında yayımlanan, Türkiyə istehsalı “Terzi” serialında icazəsiz olaraq istifadə edilib. Ölkə musiqisi adına gözəl addım olsa da, hüququn aliliyi daim qorunub-saxlanılmalıdır. Bununla bağlı şirkətimiz “Netflix Türkiye” istehsalı olan filmləri musiqiylə təmin edən “Fix Music” ilə əlaqəyə keçib, bir daha onların bu musiqini icazəsiz istifadə etməsini, audioyazı hüquqlarının pozulması aktı olduğunu bildirib.
Bundan sonra qarşı tərəf videonu yayımdan qaldırmağı və ya leqal danışıqlara başlamağı rədd etdiyi üçün “Mikpro”nun şikayəti ilə hər iki video “Netflix”in “YouTube” kanalından silinib.

Xatırladaq ki, “Netflix” və “YouTube” arasında olan müqaviləyə görə platformanın rəsmi kanalı xüsusi növ təhlükəsizlik alqoritmləri ilə qorunur. Əslində, haqsız olsaydı, “mikpro” (Azərbaycan) şirkətinin bu şikayəti təmin olunmamalı idi. Prosesin digər hüquqi mərhələləri ilə bağlı yeniliklər olduqca məlumat veriləcək”.

Qeyd edək ki, serialda baş rolları Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci canlandırır. “Füzuli kantatası” serialda əsas qəhrəmanın mütəmadi qulaq asdığı və rahatlıq tapdığı musiqidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110694