Teymur Rəcəbov məşqçiliyə başladı: Gənc şahmatçılarla işləyir

image-oipbackend

Azərbaycan şahmatçısı Teymur Rəcəbov məşqçilik fəaliyyətinə başlayıb.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı qrossmeyster “Sport-Ekspress” nəşrinə müsahibəsində bildirib.

Müxbirin məşqçilik işi ilə bağlı sualına idmançı belə cavab verib:

“Bəli, Azərbaycanın gənc istedadları ilə, millimizlə işləyirəm. Həmçinin, mən Ley Tinszeyə də kömək edirəm. Odur ki şagirdlər həqiqətən də mənim çox vaxtımı alırlar”, – deyə Rəcəbov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki