
THY Ukraynaya uçuşlar üçün biletləri qaytarmağa imkan yaratdı
Türk Hava Yolları şirkəti müştərilərə Ukraynaya uçuşlar üçün biletləri qaytarmaq və ya dəyişmək imkanı yaradıb.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
“Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq, 13 fevral 2022-ci il tarixindən 28 fevral 2022-ci il tarixinədək Türk Hava Yollarının Ukraynaya (Kiyev, Odessa, Lvov, Xarkov, Zaporojye və Nikolayev) həyata keçirdiyi reyslərə bilet alan sərnişinlərə 28 fevral 2022-ci il tarixinə qədər biletləri dəyişdirmək və yaxud geri qaytarmaq imkanı yaradır”, – deyə məlumatda qeyd olunub.
Bununla belə, “NTV” telekanalının məlumatına görə, THY Ukraynaya uçuşlar həyata keçirməyə davam edəcək.























