Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 266 $▼4.33%
  • Ethereum1 817 $▼5.74%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“TikTok”da videosu yayılan direktor danışdı: "O qızı montajla yanıma yerləşdiriblər" - VİDEO

image-1673433088_20594f703aed8eef22497e2121bf004e
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial şəbəkələrdə məktəb direktorunun “TikTok” sosial plaformasında qeyri-adi hərəkətlərini əks etdirən videosu yayılıb. 

Həmin şəxsin İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev olduğu qeyd edilib. Videoda o, “TikTok”erlərdən birinin hərəkətlərinə qeyri-adi reaksiyalar verib.

Sözügedən video ilə bağlı AZXEBER.COM-un əməkdaşı Əlidursun İsayevlə əlaqə saxlayıb. Direktor yayılan videonun 2016-cı ilə aid olduğunu qeyd edərək görüntülərin montaj edildiyini və yanına qız videosunun yerləşdirildiyini bildirib:

“O video 2016-cı ildə tələbəlik vaxtı çəkilib. Amma orada qız olmayıb. O vaxt “TikTok” yeni yaranımışdı. Video mən tərəfindən çəkilib, amma yanında qız olmayıb. 2020-ci ildə mən direktor təyinatı aldım. Bundan sonra məktəbdə məndən xoşu gəlməyən adamlar o videonu montaj edərək bu cür yayımladılar. O vaxt bu videonu Təhsil Nazirliyi də araşdırmışdı, aydın olmuşdu ki, həqiqətən də video montajdır. Araşdırmadan sonra mövzu bağlanmışdı. İndi kimsə bunu yenidən gündəmə gətirib”. 

Əlidursun İsayev bəzi şəxslərin onu direktorluqdan çıxarmaq üçün yenidən bu videonu gündəmə gətirdiklərini iddia edib:

“Yayan pofillər də saxta profillərdir deyə tapıb çıxara bilmirik, amma kim olduğunu da bilirik. Hazırda mən polis şöbəsinə gedirəm. Rəsmi şikayət edəcəm. Sonra isə Prokurorluğa gedəcəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Şərur rayonundakı məktəblərin birinin direktorunun da “TikTok”das videosu yayılmışdı.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96620