Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Tofiq Bəhramov 1966-cı ildə İngilislərə qalibiyyəti gətirən QƏRARI BELƏ VERMİŞDİ

image-6e8e52fd_a421_4a61_bb88_b5e270a14f87_1710522918-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”ə məğlub olub – 2:3. Görüşdə güclü rəqibinə layiqli mübarizə aparan, hesabda 2:0 önə keçən Azərbaycan təmsilçisi sona qədər üstünlüyünü qoruya bilmədi. Matçda mübahisəli məsələlərdən biri də baş hakim Entoni Teylorun ikinci hissədə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərməsi olub.

Lakin maraqlı məqam budur ki, 1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi qərar onların qalibiyyətinə səbəb olub. Həmin qərardan sonra Tofiq Bəhrəmov ingilislərin tarixində silinməz bir iz qoyub.

Busaat.az xəbər verir ki, hakim Tofiq Bəhramov iştirak etdiyi 1966-cı il dünya çempionatının finalında verdiyi qərar dünya tarixində silinməz bir iz qoyub.

Həlledici oyun İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilib. İngiltərə və Almaniya millilərinin qarşılaşmasında əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda təşkilatçı ölkə yığması 2 qol vuraraq tarixində ilk və hələlik yeganə çempionluğu qazanıb.

1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır.

Qeyd edək ki, Tofiq Bəhramov əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolu qeydə almaqla tarixi qərar verib. Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə yan xətt hakimi kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.Referans.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137682