Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.19 $▼3.55%
  • WTI neft83.08 $▼1.96%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.168 $▲0.19%
  • Qızıl3 770 $▼0.45%
  • Gümüş45.63 $▼0.40%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin64 600 $▼0.42%
  • Ethereum1 811 $▼0.63%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Tokio-2020: İki güləşçimiz bürünc medal uğrunda yarışacaq - Yenilənib-2

image-rafiq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışacaq.

Busaat.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəldiyi üçün Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

***

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.

Busaat.az xəbər verir ki, idmançının 1/4 finalda uduzduğu  Akjol Mahmudov (Qırğızıstan) yarımfinalda Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib. A.Mahmudovun finala yüksəlməsi sayəsində R.Hüseynov təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıb.

Qeyd edək ki, təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.

***

Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.

Qol.az xəbər verir ki, 77 kq. çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Bu gün qadın güləşçimiz Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=53878