Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.37 $▼3.35%
  • WTI neft83.23 $▼1.78%
  • Avropa qazı (TTF)82.65 €▼3.31%
  • Təbii qaz (ABŞ)3.187 $▲0.79%
  • Qızıl3 784 $▼0.09%
  • Gümüş45.80 $▼0.02%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda601.25 ¢▼0.66%
  • Bitcoin64 550 $▼0.50%
  • Ethereum1 811 $▼0.64%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Tokio-2020: İki paracüdoçumuz finala vəsiqə qazandı

image-paracudo
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paracüdoçumuz Vüqar Şirinli “Tokio-2020” Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

Busaat.az  xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi rumıniyalı Aleks Boloqa olub. Rəqibini məğlub edən V.Şirinli “Tokio-2020″nin finalına yüksəlib. Təmsilçimizin rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Digər cüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşacaq.

Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

***

Azərbaycanın daha bir paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

48 kq çəki dərəcəsində çıxış edən Şəhanə Hacıyeva yarımfinalda Viktoriya Potapovanı (Rusiya) ipponla məğlubiyyətə uğradıb və ən azı gümüş medalı özü üçün təmin edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55975