Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.37 $▼3.35%
  • WTI neft83.23 $▼1.78%
  • Avropa qazı (TTF)82.65 €▼3.31%
  • Təbii qaz (ABŞ)3.187 $▲0.79%
  • Qızıl3 784 $▼0.09%
  • Gümüş45.80 $▼0.02%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda601.25 ¢▼0.66%
  • Bitcoin64 550 $▼0.50%
  • Ethereum1 811 $▼0.64%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Tokioda Azərbaycan idmançısının testi pozitiv çıxdı, cüdo komandamız karantinə alındı

image-ramilqasimov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paralimpiya Çempionu, paracüdoçumuz Ramil Qasımovdan Tokio atletlər kəndində Covid-19 PCR test nümunəsi götürülüb və test nəticəsi pozitiv çıxıb.

Bu barədə Busaat.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Məlumata görə, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün cüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilib və yarışlardan kənarlaşdırılıb. Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib.

Qeyd edək ki, 11 cüdoçumuz arasında iki qat Paralimpiya çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaq.

“İdmançılarımızın səhətində heç bir problem yoxdur, hamı yarışa tam hazırdır”, deyə məlumatda qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55557