“Tottenhem”in hücumçusu Harri Keynin “Bavariya”ya transferi ilə bağlı razılaşma tamamlanmaq üzrədir.
Busaat.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Florian Plettenberq özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, hücumçu keçidi başa çatdırmaq və tibbi müayinədən keçmək üçün bu gün Münhenə uçacaq. Keyn “Bavariya” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Bildirilir ki, o, sabah Almaniya Superkubokunda “RB Leipzig”ə qarşı “Bavariya”da oynamaq istəyir.
Daha əvvəl Keynin “Bavariya”ya transfer məbləğinin 100 milyon avrodan çox olacağı deyilirdi.
30 yaşlı hücumçu ilk dəfə vətəni İngiltərədən kənar komandada çıxış edəcək.