Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.25 $▼1.95%
  • WTI neft95.55 $▼1.58%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.878 $▼0.21%
  • Qızıl3 958 $▲0.64%
  • Gümüş49.76 $▲0.32%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda594.75 ¢▼1.73%
  • Bitcoin76 863 $▼0.61%
  • Ethereum2 260 $▼0.50%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Tramp Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıb

image-2ebkhythwa8to3tjz854bylcn2ql1skhdwh9lptf_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Tramp İranın son şahının böyük oğlu Rza Pəhləvinin ölkə daxilində dəstək qazanıb-qazanmayacağına birmənalı qiymət verə bilməyib.

Busaat.az xəbər verir ki, o, bu barədə “Reuters” agentliyinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, R.Pəhləvi “xoş adam kimi görünür”, lakin “öz ölkəsində necə rol oynaya biləcəyi” tam aydın deyil.

“Biz hələ o mərhələyə çatmamışıq – bir çox variantları nəzərdən keçiririk. Danışmaq üçün çox tezdir. Bilmirəm, ölkəsi onun liderliyi qəbul edəcək ya yox. Əgər bunu etsələr, bu məni tamamilə qane edəcək”, – D.Tramp bildirib.

ABŞ lideri daha da irəli gedərək, ötən həftə onunla görüşmək niyyətində olmadığını bəyan etdikdən sonra Pəhləvinin İrana rəhbərlik etmək qabiliyyətini şübhə altına alıb. Tramp, həmçinin qeyd edib ki, etirazlar nəticəsində Tehranda hökumət devrilə bilər: “Lakin bunun baş verib-verməyəcəyindən asılı olmayaraq, bu, maraqlı bir dövr olacaq”.

Daha əvvəl bildirilirdi ki, ötən həftə sonu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rza Pəhləvi ilə görüşüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179080