“Trampın Rusiyaya verdiyi müddət başa çatır” – Zelenskidən XATIRLATMA 

image-38backend

“İki həftə əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya real danışıqlara hazır olduğunu göstərmək üçün iki həftə vaxt vermişdi, həmin müddət başa çatır”.

Busaat.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski söyləyib.

“İki həftə əvvəl Vaşinqton bildirib ki, bu vaxta qədər ruslar real danışıqlara, liderlər səviyyəsində görüşə hazır olmalıdırlar. Ukrayna şübhəsiz ki, buna hazırdır. Lakin Rusiyanın etdiyi yeganə şey gələcək müharibəyə sərmayə qoymaqdır. Onlardan gələn bütün siqnallar bu barədədir.

Dünyada hamı deyirdi ki, atəşkəs olmalıdır, hamı təkid edirdi ki, müharibə bitməlidir. Hamının mövqeyi belə idi. Bu gün Papanın fundamental bəyanatı var, buna görə təşəkkür edirəm. Müharibə istəyən yalnız Rusiyadır.

Biz gözləyirik ki, heç kim müharibənin uzanmasına dözməyəcək, ABŞ, Avropa və G20 ölkələrindən güclü mövqe gözləyirik”, – deyə Zelenski əlavə edib.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki