Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.56 $▼1.65%
  • WTI neft95.92 $▼1.19%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.890 $▲0.21%
  • Qızıl3 935 $▲0.05%
  • Gümüş49.68 $▲0.16%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda599.25 ¢▼0.99%
  • Bitcoin77 516 $▲1.10%
  • Ethereum2 287 $▲1.67%
  • S&P 5007 579▲0.48%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Media

“Turan” İnformasiya Agentliyi fəaliyyətini dayandırıb

image-6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Turan” İnformasiya Agentliyi fəaliyyətini dayandırıb.

Busaat.az xəbər verir ki, bu barədə “Turan” İnformasiya Agentliyinin direktoru agentliyin kollektivi adından müraciətində bildirib.

Mehman Əliyev qeyd edib ki, daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətini hazırkı formatda davam etdirmək mümkün deyil.

“Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.

Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik” – deyə müraciətdə vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159076