Türk futbolçular azərbaycanlı azarkeşlərdən dəstək istədi – Video

image-148179backend

Türkiyə millisinin futbolçuları Avro-2020-nin Bakıdakı oyunları üçün azərbaycanlı azarkeşlərdən dəstək istəyib..

Busaat.az xəbər verir ki, bu barədə AFFA-nın “Fesybuk” səhifəsində qardaş ölkənin komandasının qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlunun videomüraciəti paylaşılıb. Onlar videomüraciətdə azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək matçlarda yığmanı yalnız buraxmamağı xahiş ediblər.

Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də qarşılaşacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90