Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 430 $▼4.09%
  • Ethereum1 835 $▼4.78%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Türkiyə, Ermənistan və Azərbaycanın bir-birinə ehtiyacı var - Nikol Paşinyan

image-pasinyann
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyası var.

Busaat.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistanın Baş naziri Nikol Paşinyan paytaxt İrəvanda keçirilən Soyqırım Cinayətinə Qarşı IV Qlobal Forumda çıxışı zamanı bildirib.

“İdeya yeni deyil, kifayət qədər köhnədir. Mən həmişə bu ideyanı dəstəkləmişəm, lakin mən təklif etmişəm ki, bu platforma, ilk növbədə, yalnız və yalnız regionumuzdan nifrət nitqinin kökünü kəsmək üçün istifadə olunsun” – deyə, Paşinyan bildirib.
Ermənistanın Baş naziri Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan əlaqələrinin çox vacib olduğunu vurğulayıb.

“Bu yaxınlarda Türkiyədə verilən bəyanatla razılaşdığımı bildirmək istəyirəm. İdeya ondan ibarət idi ki, bütün region dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik, müstəqilliyin təmin edilməsi baxımından bir-birinə lazımdır” – deyə, Nikol Paşinyan bəyan edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93825